
Türkiyənin nümayəndə heyəti Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
Qlobal təhsil standartlarının ölkəmizdə tətbiqini, universitet-sənaye inteqrasiyasını və qabaqcıl tədris mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil idarəçiliyi, strateji tərəfdaşlıqlardan xəbərdar olmaq üçün bizi izləyin.
Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə–Azərbaycan Universitetini ziyarət edib, qida texnologiyası, qida kimyası, mikrobiologiya və kimya laboratoriyaları ilə tanış olub. Eyni zamanda müasir tədris və elmi mühitin formalaşdırılması istiqamətində həyata keçirilən işlər barədə qonaqlara məlumat verilib.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli və Ali Təhsil Şurasının sədri Erol Özvar universitetin auditoriyalarında tədris prosesini izləyib, tələbələr və müəllim heyəti ilə görüşərək onlarla söhbət ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin