
OYU-da kafedra iclası keçirilib
Ali təhsil müəssisələrində akademik fəaliyyətin təşkilini, kafedraların metodiki təminatını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, universitetlərdə planlaşdırma mexanizmlərindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Odlar Yurdu Universitetinin “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının iclası keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. İclasa kafedranın müdiri, iqtisad üzrə fəlsəfə doktoru Ayşən Vəlibəyli rəhbərlik edib.
İclas zamanı 2026–2027-ci tədris ili üzrə kafedranın tədris, metodiki və təşkilati fəaliyyətinə dair məsələlər müzakirə olunub.
Gündəliyə uyğun olaraq aşağıdakı məsələlərə baxılıb:
- 2026–2027-ci tədris ili üzrə professor-müəllim heyətinin tədris yüklərinin bölgüsünün təsdiqi;
- I semestr üzrə sillabusların müzakirəsi və təsdiqi;
- I semestr üzrə açıq dərslərin qrafikinin müzakirəsi və təsdiqi;
- Bakalavr və magistratura pillələri üzrə kafedra ixtisaslarında qəbul məsələləri;
- 2026–2027-ci tədris ili üzrə kafedranın iş planının müzakirəsi və təsdiqi;
- Kafedra əməkdaşları tərəfindən hazırlanmış tədris vəsaitlərinin müzakirəsi.
İclas çərçivəsində qarşıdakı tədris ili üzrə tədris prosesinin təşkili, metodiki təminat və kafedranın fəaliyyət istiqamətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin