
13 iştirakçıya sertifikat verilib - Peşə Təhsili üzrə Dövlət Agentliyi
Peşə təhsilində tədrisin keyfiyyətini artıran yeni yanaşmaları, müəllimlərin praktiki təcrübələrini izləmək üçün direktor.az-a abunə olun. Tədris standartları, ixtisasartırma təşəbbüsləri və təhsil mühitindən xəbərdar olmaq üçün bizi izləyin.
30 sentyabr – 2 oktyabr tarixlərində “Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı” peşə istiqaməti üzrə növbəti ixtisasartırma təlimi təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Təlimdə iştirakçılar nəzəri sessiyalarla yanaşı, praktiki tapşırıqlar və real istehsalat mühitində tətbiqi məşğələlər vasitəsilə müasir yanaşmalarla tanış olublar. Təlimi başa vuran 13 nəfər iştirakçıya sertifikatlar təqdim olunub.
O da qeyd edilib ki, təhsilverənlərin peşəkar bacarıqlarının inkişafına yönəlmiş ixtisasartırma təlimləri davam edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin