
“2030-cu ilədək regionlarda 23 yeni peşə təhsil mərkəzi yaradılacaq” - Kənan Kərimzadə
Peşə təhsili infrastrukturunun genişləndirilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslar və təhsil layihələrini qaçırmamaq üçün direktor.az-a abunə olun. Maarif gündəmindən xəbərdar olmaq üçün bizi izləyin.
2030-cu ilədək Azərbaycanın kənd təsərrüfatı potensialına malik regionlarında 23 yeni peşə təhsil mərkəzinin istifadəyə verilməsi planlaşdırılır.
Direktor.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu”nda çıxışı zamanı deyib. O qeyd edib ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının mühüm sahələrindən biridir.
“Dünyada baş verən geosiyasi münaqişələr, ərzaq çatışmazlığı və iqlim dəyişmələri fonunda aqrar sektorda səmərəliliyin və məhsuldarlığın artırılması xüsusi əhəmiyyət daşıyır. Hazırda ölkədə məşğul əhalinin təxminən 30-35 faizi kənd təsərrüfatı sahəsində çalışsa da, bu sektorun ümumi daxili məhsuldakı payı həmin göstəricidən xeyli aşağıdır. Bu fərq, eyni zamanda, aqrar sahədə məhsuldarlığın artırılması, sənayeləşmənin genişləndirilməsi və yüksək əlavə dəyər yaradan məhsulların istehsalı üçün böyük imkanlar açır”, - deyə o qeyd edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

