
Goranboy-Naftalan rayonları üzrə fənn müəllimləri ilə görüş keçirilib
Maarifləndirici tədbirləri, rəsmi görüşləri və ölkəmizin təhsil həyatındakı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sektorundakı qabaqcıl təşəbbüslər, metodiki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunda VI siniflərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin təşkili və qarşıya çıxan məsələlərin müzakirəsi məqsədilə fənn müəllimləri ilə görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Görüşdə tədris dili, riyaziyyat və təbiət fənlərini tədris edən müəllimlər iştirak ediblər. Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri Vüsal Cəfərov çıxışında VI siniflərdə tədrisin səmərəli təşkili, şagirdlərin bilik və bacarıqlarının inkişafı, müəllimlərin qarşısında duran əsas vəzifələr və təlim nəticələrinin yaxşılaşdırılmasının əhəmiyyətindən bəhs edib.
Daha sonra fənlərin tədrisi ilə bağlı mövcud vəziyyət, qarşıya çıxan çətinliklər və tədrisin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, müəllimlərin təklifləri dinlənilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

