
Odlar Yurdu Universitetində ABŞ Səfirliyinin nümayəndələri ilə görüş keçirilib
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin qlobal əməkdaşlığı və strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetində (OYU) Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin nümayəndələri ilə əməkdaşlıq görüşü keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə Odlar Yurdu Universitetini rektor, professor Əhməd Vəliyev, tədris işləri üzrə prorektor, dosent Qabil Qafarov və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Dr. Aydın Əliyev təmsil ediblər. ABŞ Səfirliyinin nümayəndə heyətinin tərkibində isə mədəniyyət və təhsil məsələləri üzrə müşavir Rendi Koul (Randy Cole), ingilis dili proqramlarının koordinatoru Səbinə Abdullayeva və mübadilə proqramlarının koordinatoru Xanım Teyilova iştirak ediblər.
Görüş zamanı təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, ingilis dili müəllimlərinin peşəkar inkişafı, müasir təhsil resurslarından istifadə imkanları, akademik mübadilə və gələcək birgə təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində universitetin akademik heyəti üçün "Fulbright" və digər nüfuzlu mübadilə proqramları, onlara müraciət şərtləri və peşəkar inkişaf perspektivlərinə dair ayrıca təqdimat da keçirilib. Odlar Yurdu Universiteti beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi, strateji tərəfdaşlıqların qurulması, eləcə də tələbə və müəllim heyəti üçün qlobal imkanların yaradılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
