
22 nəfərə sertifikat verilib - Peşə Təhsili üzrə Dövlət Agentliyi
İxtisasartırma təlimləri, müasir pedaqoji tədris metodları barədə məlumatları saytımızdan əldə edin. Peşə təhsili sistemində kadr hazırlığının gücləndirilməsini, təlimçilərin sertifikatlaşdırılmasını izləmək üçün direktor.az-a abunə olun.
6–8 oktyabr tarixlərində Bakıda “Dayə” ixtisası üzrə növbəti ixtisasartırma təlimi təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. İki gün məsafədən, bir gün isə əyani formatda keçirilən təlimdə uşaq psixologiyası, erkən inkişaf metodları, təhlükəsizlik qaydaları və ilk tibbi yardım kimi əsas mövzuların müasir pedaqoji yanaşmalarla necə effektiv tədris olunması öyrədilib.
Təlimi uğurla başa vuran 22 iştirakçıya müvafiq sertifikatlar təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin