
ADNSU-nun 8 tələbəsi Qazaxıstanda ali təhsil alacaq
Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrini, tələbə proqramlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, universitetlərin qlobal əməkdaşlığı və trateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) daha 8 tələbəsi akademik mübadilə proqramı çərçivəsində Qazaxıstan Respublikasının Satbayev adına Milli Tədqiqat Texniki Universitetində təhsillərini davam etdirəcək.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Belə ki, “Energetika mühəndisliyi” ixtisası üzrə II kurs tələbəsi Tuncay Səttarzadə, “Sənaye mühəndisliyi” ixtisası üzrə III kurs tələbələri Abbas Abbasov və Zamiq Əliyev, “Mexatronika və robototexnika mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Mirəziz İbişov, “İnformasiya texnologiyaları” ixtisası üzrə II kurs tələbəsi Alina Koxayeva və həmin ixtisas üzrə təhsil III kurs tələbəs Vüsalə Musayeva, “Kompüter mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsi Reyhanə Haxverdiyeva, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə III kurs tələbəsi Ruad Əfəndiyev payız semestri ərzində təhsillərini Satbayev adına Milli Tədqiqat Texniki Universitetində davam etdirəcəklər.
Qeyd edək ki, Qazaxıstanın aparıcı texniki ali təhsil müəssisələrindən biri olan Satbayev Universiteti müasir elmi-tədqiqat və innovasiya infrastrukturu ilə seçilir. Universitetdə RoboLab, Smart Petro Hub Engineering Laboratory, Applied Machine Learning Laboratory, Research Laboratory of Cybersecurity and AI, eləcə də sənaye yönümlü 30-dan çox ixtisaslaşmış laboratoriya və İnnovasiya Mühəndislik Mərkəzi fəaliyyət göstərir. Bu imkanlar ADNSU tələbələrinin xüsusilə informasiya texnologiyaları, kibertəhlükəsizlik, energetika, sənaye mühəndisliyi, mexatronika və robototexnika kimi strateji istiqamətlər üzrə müasir elmi və praktiki təcrübə qazanmalarına geniş imkan yaradır.
Son 1 il ərzində 154 ADNSU tələbəsi beynəlxalq akademik mobillik imkanlarından yararlanaraq xarici ali təhsil müəssisələrində təhsil və akademik təcrübə əldə ediblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin