
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
Tələbə-müəllim mübadiləsi və elmi tədqiqat perspektivləri məlumatları saytımızdan əldə edin. Ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrini, müasir akademik əməkdaşlığını izləmək üçün direktor.az-a abunə olun.
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetini ziyarət edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilin. Heyətdə Antropologiya bölməsinin professorları Timur Gültekin və Ayla Sevim, rektorun müşaviri Ümmet Artuç təmsil olunublar.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov qonaqlara Qarabağda həyata keçirilən bərpa və quruculuq proseslərindən, universitetin regionun inkişafında rolundan bəhs edib. O, ali təhsil müəssisəsinin insan kapitalının formalaşmasına və regionun elmi potensialının gücləndirilməsinə töhfə verdiyini vurğulayıb. Rektor Ankara Universiteti ilə elmi tədqiqatlar, müəllim və tələbə mübadiləsi, eləcə də birgə layihələr istiqamətində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar dəvətə görə təşəkkür edərək Qarabağda olmaqdan məmnunluğunu bildirib. Tələbələrin gələcəyin qurulmasında mühüm rol oynadığını qeyd edən rektor Ankara Universitetinin Qarabağda, xüsusilə antropologiya sahəsində elmi araşdırmalar apardığını diqqətə çatdırıb.
Necdet Ünüvar Qarabağda özlərini doğma evlərindəki kimi hiss etdiklərini və Türkiyənin regiona böyük önəm verdiyini vurğulayıb.
Görüşdə akademik əlaqələrin inkişafı, elmi tədqiqatlar sahəsində təcrübə mübadiləsi və birgə təşəbbüslər üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Daha sonra qonaqlar universitetin əsas tədris binası, Biznes və iqtisadiyyat fakültəsi, Tibb və sağlamlıq elmləri fakültəsi və Qarabağ Universitetinin Klinikası ilə tanış olublar. Nümayəndə heyətinə yaradılmış şərait, tədris prosesi və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Qarabağ Universitetinin Tibb və sağlamlıq elmləri fakültəsində çalışan Ankara Universitetinin məzunlarına döş nişanı təqdim edib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin