
DİM-də “Təlimçilər üçün təlim” təşkil edilib
Tədris metodologiyalarını, təlimçi və müəllim heyətinin peşəkar inkişafını izləmək üçün direktor.az saytına abunə olun. Təhsil idarəçiliyi, müasir tədris standartları və maarif sistemində həyata keçirilən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
6, 8 və 9 oktyabr 2026-cı il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Təlimçilər üçün təlim” mövzusunda təlim təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Təlim zamanı iştirakçılar təlim funksiyasının strateji rolu, peşəkar təlimçinin şəxsi keyfiyyətləri, təlimçinin profili, təlim metodları və növləri, təlimə hazırlıq prosesi, təqdimat bacarıqları, auditoriya ilə işin əsas xüsusiyyətləri, qrupların yaradılması və qrup oyunları, təqdimat zamanı bədən dili, ilk təəssüratın yaradılması, praktik təqdimat işləri, elektron təqdimatların hazırlanması və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin