
Qazax-Tovuz RTİ-nin məktəblərində dərs dinləmələri davam edir
Şagirdlərin fəallığını artıran müasir təlim metodlarını, regional məktəblərdəki tədris prosesini və müəllimlərin peşəkar inkişaf addımlarını izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi siyasəti, məktəb mühitindəki keyfiyyət standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
Ağstafa rayon üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində dərs dinləmələri davam etdirilir.
Direktor.az xəbər verir ki, bu barədə Qazax- Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi məqsədilə keçirilən dərs dinləmələri zamanı şagirdlərin dərsdə fəallığı, müəllimlərin müasir təlim metodlarından və informasiya texnologiyalarından istifadə bacarıqları diqqət mərkəzində saxlanılır.
Aparılan müşahidələr tədris prosesinin təkmilləşdirilməsinə, təhsilin keyfiyyətinin artırılmasına və şagirdlər üçün səmərəli öyrənmə mühitinin formalaşdırılmasına xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin