
600-dən çox bal toplayan məzunların nəzərinə! DİM çağırış edir
Yüksək nəticə göstərən abituriyentlərin uğur hekayələrini, qəbul prosesini və DİM-in layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil dünyasındakı təcrübələrdən, imtahan yeniliklərindən və rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin uğur təcrübəsini cəmiyyətə tanıtmaq və təbliğ etmək məqsədilə növbəti çağırış edib.
Direktor.az xəbər verir ki, qurum 2016-cı ildən bəri icra olunan “Bilik yarışının öncülləri” adlı internet layihəsi çərçivəsində abituriyentlər üçün ayrılmış xüsusi platforma fəaliyyətini davam etdirir.
Təşəbbüsün əsas məqsədi qəbul imtahanlarında 600 və daha çox bal toplayaraq fərqlənən tələbələrin hazırlıq strategiyalarını, imtahan təcrübələrini və uğur sirlərini gələcək abituriyentlərə nümunə kimi çatdırmaqdır.
Qəbulda yüksək göstərici əldə edən gənclər layihəyə qoşulmaq üçün "Abituriyent" jurnalının rəsmi internet səhifəsində (www.abiturient.az) yaradılmış müvafiq keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər. Sorğuda iştirak etmək istəyənlərin şəxsi kabinetlərinin istifadəçi adı və iş nömrəsi ilə sistemə daxil olaraq anket formasını doldurmaları kifayətdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin