
Gəncə-Daşkəsən RTİ-i direktor vəzifəsi üzrə müsahibə keçirir
Məktəb rəhbərliyinin formalaşdırılması prosesini, idarəçi kadrların işə qəbul müsabiqələrini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, vakansiyalar və regional təhsil sistemindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant direktor müavini vəzifələri üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.
Direktor.az xəbər verir ki, müsahibə mərhələsində müəyyən edilmiş tələblərə uyğun gələn namizədlərin idarəetmə, pedaqoji və kommunikasiya bacarıqları qiymətləndirilir.
Qiymətləndirmə zamanı namizədlərin idarəetmə səriştələri, situativ məsələlərə yanaşması, qərarvermə və problem həll etmə bacarıqları, eləcə də ünsiyyət və komanda ilə işləmək qabiliyyətləri nəzərə alınır.
Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində idarəetmənin səmərəliliyinin artırılması, peşəkar və müasir idarəetmə bacarıqlarına malik kadrların seçilməsi və məktəb rəhbərliyi heyətinin gücləndirilməsidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin