
UNEC tələbələri üçün Cənubi Koreyada ödənişsiz təhsil imkanı
Ali təhsil ocaqlarının beynəlxalq tərəfdaşlıqlarını, tələbələr üçün xaricdə təhsil imkanlarını və qlobal akademik layihələri izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin xarici əlaqələri, təqaüd proqramları və təhsil sahəsindəki rəsmi yeniliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq əlaqələrini genişləndirməyə davam edir.
Direktor.az xəbər verir ki, universitet Cənubi Koreyanın nüfuzlu ali təhsil ocaqlarından olan Sejong Universiteti ilə qurduğu tərəfdaşlıq çərçivəsində 2027-ci ilin yaz semestri üçün tələbə mübadiləsi proqramı elan edib.
Bakalavriat pilləsində təhsil alan tələbələrin qatıla biləcəyi proqram çərçivəsində iştirakçılar Sejong Universitetində təhsil haqqından tam azad olunurlar. Yol və yaşayış xərcləri isə tələbənin öz öhdəliyində qalır.
Müsabiqədə kimlər iştirak edə bilər?
Mübadilə proqramı üzrə yerlər aşağıdakı ixtisaslar üzrə təhsil alan tələbələr üçün açıqdır:
İqtisadiyyat
Maliyyə
Menecment
Mühasibat
Biznesin idarə edilməsi
Əsas seçim meyarları və tələblər:
Akademik göstərici: Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG/GPA) ən azı 90 bal olmalıdır.
Dil biliyi: İngilis dili səviyyəsini təsdiq edən minimum B2 sertifikatı tələb olunur.
Tələb olunan sənədlər paketi:
1. İngilis dilində tərtib olunmuş tərcümeyi-hal (CV)
2. Motivasiya məktubu
3. İngilis dilində rəsmi akademik transkript
4. Dil sertifikatı (ən azı B2)
5. Xarici pasportun surəti
6. Rəsmi fotoşəkil
Proqramda iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri tam şəkildə 28 sentyabr 2026-cı il tarixinədək exchange@unec.edu.az elektron poçt ünvanına göndərməlidirlər. Nəzərə çatdırılır ki, natamam və ya gecikdirilmiş müraciətlər dəyərləndirilməyəcək; yalnız meyarlara cavab verən sənədləri təqdim etmiş tələbələr növbəti mərhələyə buraxılacaqlar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin