
Abşeron-Xızı RTİ müəllimlər üçün “Təcrübə mübadiləsi” layihəsi keçirir
Pedaqoji kollektivlərin gücləndirilməsi, müasir tədris metodlarının tətbiqini izləmək üçün direktor.az-a abunə olun. Regionlardakı təhsil layihələri, qeydiyyat elanlarından xəbərdar olmaq üçün bizi izləyin.
Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən müəllimlərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirilən “Təcrübə mübadiləsi” layihəsi davam etdirilir.
Direktor.az xəbər verir ki, layihənin əsas məqsədi müəllimlər arasında təcrübə mübadiləsini və peşəkar əməkdaşlığı gücləndirmək, qarşılıqlı ünsiyyəti təşviq etmək, pedaqoji kollektivdə sağlam və müsbət emosional mühitin formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində effektiv təlim modellərinin tətbiqi, şagirdyönümlü təlim prosesinin təşkili, formativ qiymətləndirmənin səmərəli aparılması və müasir pedaqoji yanaşmaların müzakirəsi nəzərdə tutulur.
Layihə yoxlama və ya qiymətləndirmə xarakteri daşımır. Əsas məqsəd müəllimlərin bir-birindən öyrənməsi, təcrübələrini bölüşməsi və peşəkar inkişafına dəstək göstərilməsidir.
🔗 Müəllimlərdən aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur:
https://docs.google.com/spreadsheets/d/19HseDWnt3-7Db3AvMN-eM-G8F-qfKf-Up0pJxdFq_Hc/edit?usp=sharing
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

