
Tovuzda təhsil sahəsindəki hədəflər müzakirə olunub
Regionlarımızda təhsil idarəçiliyinin strateji hədəflərini, təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki ictimai-siyasi müzakirələr, rəsmi tədbirlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Tovuz rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn vəzifələr və təhsil sahəsində qarşıda duran hədəflərlə bağlı tədbir keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Qazax–Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Tovuz rayonu üzrə təhsil sektorunun müdiri Aysel Quliyeva, eləcə də ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən prioritetlər, milli həmrəyliyin möhkəmləndirilməsi, dövlətçilik prinsiplərinin qorunması və təhsil sahəsində qarşıda duran vəzifələr müzakirə olunub. Təhsil müəssisələrində ideoloji işin gücləndirilməsinin, şagirdlərin milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə hörmət ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə, həmçinin gənclərin intellektual potensialının inkişafı, vətənpərvərlik ruhunda yetişdirilməsi və təhsil işçilərinin bu istiqamətdə üzərinə düşən məsuliyyət barədə fikir mübadiləsi aparılıb. Ərazi partiya təşkilatlarının sədrləri Adil Əsgərov və Elmira Mürşüdlü də çıxış edərək partiyanın fəaliyyəti və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
