
Şəmkirdə şagirdlər üçün intellektual bilik yarışı keçirilib
Region məktəblərində intellektual oyunlar, müəllim və şagirdlərin dünyagörüşünün, komanda ruhunun inkişaf etdirilməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizdəki intellektual yarışlar, regional layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Zəfər Salnaməsi” adlı intellektual bilik yarışı Şəmkir rayonu üzrə təhsil sektorunun, Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir Gənclər Evinin birgə tədbirlər planına uyğun olaraq təşkil edilib.
Direktor.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib. Ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən yarışın əsas məqsədi Vətən müharibəsi və Zəfər tariximiz, dövlətçilik ənənələri, milli-mənəvi dəyərlər haqqında bilikləri artırmaq, şagirdlərin vətənpərvərlik ruhunu gücləndirmək və istedadlı şagirdləri üzə çıxarmaq olub.
Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qalib komanda diplom və hədiyyələrlə mükafatlandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

