
ADA Universitetinin nümayəndəsi LDU-nun tələbələri ilə görüşüb
Ali təhsil müəssisələrində təşkil olunan təqdimatları, qəbul və təqaüd elanlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindən xəbərdar olmaq üçün bizi izləyin.
ADA Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Nəzrin Əlizadə Lənkəran Dövlət Universitetinin (LDU) son tədris ili bakalavr tələbələri ilə məlumatlandırıcı görüş keçirib.
Direktor.az xəbər verir ki, bu barədə LDU-dan bildirilib. Görüşün əsas məqsədi region gəncləri arasında ADA Universitetinin təhsil imkanları barədə məlumatlılığı artırmaq və gələcək magistrantları maraqlandıran sualları cavablandırmaq olub.
Görüş zamanı tələbələrə humanitar və texniki sahələr üzrə Azərbaycan və ingilis dillərində tədris olunan magistratura proqramları, universitetin nəzdində fəaliyyət göstərən mərkəzlər və digər təhsil formatları, magistraturaya qəbul qaydaları və tələblər, mövcud təqaüd və maliyyə dəstəyi imkanları və s. barədə ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

