
Dövlət İmtahan Mərkəzində hazırlıq kursları keçirilib
Pedaqoji kadrların peşəkar hazırlığının gücləndirilməsi, qiymətləndirmə prosesində müasir yanaşmaların tətbiqini izləmək üçün direktor.az-a abunə olun. Təhsilverənlərin ixtisasartırma kursları, fənn proqramlarından xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzində 23-25 noyabr tarixlərində Azərbaycan dili, informatika, ingilis dili və rus dili fənləri üzrə hazırlıq kursları keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər. Hazırlıq kursları həm əyani, həm də onlayn formatda keçirilib.
Hazırlıq kurslarında moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, informatika fənni üzrə Fikrət İbiyev, ingilis dili fənni üzrə Nərminə Əliyeva, rus dili fənni üzrə Viktoriya Ələkbərova kurs iştirakçılarının hazırladıqları ev tapşırıqlarının müzakirəsini həyata keçirib. Tapşırıqlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Kurslar növbəti həftə davam etdiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

