
Beynəlxalq kibertəhlükəsizlik eksperti BMU-da seminar keçib
Ali təhsil müəssisələrində təşkil olunan ixtisaslaşdırılmış sessiyaları, texnologiya və innovasiya layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) dəstəyi ilə beynəlxalq kibertəhlükəsizlik eksperti Guillermo Pineda tərəfindən "Cyber Threat Intelligence and Purple Team as a Career Path" mövzusunda seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə BMU-dan bildirilib. Guillermo Pineda AKM-in təlimçisidir. O, İspaniyanın Alcalá Universitetində Cyber Defense üzrə magistr dərəcəsi alıb və milli kiber müdafiə sahəsində ixtisaslaşmış, istefada olan Colombian Air Force zabitidir. Həmçinin beynəlxalq kibertəhlükəsizlik məsləhətçisi və EC-Council kimi təşkilatların təlimçisi kimi fəaliyyət göstərir. 10-dan çox ölkədə müştərilərə təlim keçən ekspert CHFI, CEH, ECIH, CND və CEI sertifikatlarına malikdir.
Seminarda müasir kibertəhlükəsizliyin ayrıca hücum (red team) və müdafiə (blue team) komandalarından hər iki tərəfin birgə çalışdığı və öyrəndiklərini bölüşdüyü "purple teaming" yanaşmasına doğru necə dəyişdiyi izah olunub. Bu yanaşmanın mərkəzində xam texniki məlumatları kiber hücumçular haqqında faydalı biliyə çevirən və təşkilatlara daha düzgün təhlükəsizlik qərarları qəbul etməyə kömək edən Cyber Threat Intelligence (CTI) dayanır. Tələbələr intelligence lifecycle-ın altı mərhələsi, eləcə də MITRE ATT&CK, Diamond Model və Cyber Kill Chain kimi əsas framework-lərlə tanış olublar. Habelə Open-Source Intelligence (OSINT) vasitəsilə tək bir IP ünvanından kiber hücumçunun infrastrukturu haqqında ətraflı profilin necə yaradıla biləcəyini müşahidə ediblər. Sonda iştirakçılar interaktiv "Find the Threat" tapşırığında bacarıqlarını sınayıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

