Təhsil Yenilikləri
|
Davamiyyət işi dərsin ilk dəqiqəsindən başlayır — məktəb situasiyaları və PDF materialları
SİNİF RƏHBƏRİİDARƏÇİLİK VƏ TƏŞKİLATÇILIQTƏŞKİLATÇI - TƏRBİYƏPremiumTest daxildir

Davamiyyət işi dərsin ilk dəqiqəsindən başlayır — məktəb situasiyaları və PDF materialları

November 27, 20265 dəq oxuma50 baxış

Şagirdin dərsə gəlməməsi, gecikməsi və ya dərsdən yayınması yalnız davamiyyət göstəricisi deyil, vaxtında araşdırılmalı və müdaxilə edilməli olan problemdir. Direktor.az-a abunə olun, davamiyyətə gündəlik nəzarətin təşkili, məktəb rəhbərliyi, sinif rəhbəri və fənn müəllimləri arasında iş bölgüsü, valideynlərlə əməkdaşlıq və davamiyyət problemlərinin aradan qaldırılması yollarını real məktəb situasiyaları əsasında öyrənin. Məqaləni oxuyun, səsli dinləyin, məktəb situasiyalarını təhlil edin və PDF materiallarını endirərək gündəlik fəaliyyətinizdə istifadə edin.

Müəllimin jurnalda yazdığı qeyd sonrakı bütün addımların əsasıdır. Valideynə zəng, şagirdlə söhbət, araşdırma və aylıq arayış bu qeydə görə aparılır. Qeyd səhv yazılarsa və ya gec yazılarsa, problemi olan şagird vaxtında görünmür və tədbir gecikir.

 

 

 Sinifdə kim var, kim yoxdur?  Fənn müəllimi dərsin ilk dəqiqələrində sinifdə kimin olduğunu yoxlayır. Bu yoxlamanın məqsədi siyahını oxumaq yox, sinifdə əslində kimin oturduğunu görməkdir. Davamiyyət sinif jurnalında və elektron jurnalda Təlimatda göstərilən qaydada qeyd edilir. Qeydi dərsin sonuna və ya ertəsi günə saxlamaq olmaz, çünki gec yazılan qeyd yaddaşa əsaslanır və çox vaxt səhv olur. Gəlməyən, gecikən və dərs zamanı sinifdən çıxıb qayıtmayan şagird bir-birindən ayrılmalıdır, çünki bu üç hal fərqli səbəbdən yaranır və fərqli tədbir tələb edir. Gecikən şagirdin sinfə gəldiyi vaxt jurnalda yazılır. Dərsdən çıxıb qayıtmayan şagird barədə isə müəllim dərhal təşkilatçıya xəbər verir və bu hal davamiyyət vərəqində ayrıca qeyd olunur. Müəllim jurnaldakı siyahı ilə sinifdəki vəziyyət arasında fərq görərsə, bunu həmin gün aydınlaşdırır. Məsələn, başqa məktəbə keçmiş şagird hələ siyahıdadırsa, bu barədə tədris üzrə direktor müavininə məlumat verilir. Sinif rəhbəri ayrı-ayrı dərslərin qeydlərini birləşdirib şagirdin bütün gün ərzində iştirakına baxır. Birinci dərsdə olub son dərslərdə olmayan şagird belə baxışda dərhal görünür. Tədris üzrə direktor müavini jurnallarda davamiyyətin düzgün yazılmasını müntəzəm yoxlayır. Dərsə daxil olan rəhbər işçi sinifdəki şagirdlərin sayı ilə jurnaldakı qeyd arasında fərq görərsə, səbəbi həmin gün müəllimlə birlikdə aydınlaşdırılır.

Abunə Məzmunu

Bu məqaləyə və bütün premium məzmuna tam giriş əldə etmək üçün abunə olun.

Biliyinizi Yoxlayın

Davamiyyət işi dərsin ilk dəqiqəsindən başlayır. SİTUASİYALI TESTLƏR III HİSSƏ

15 Sual

Abunə Məzmunu

Bu testi açmaq üçün abunə olun və biliyinizi yoxlayın.

Davamiyyət işi dərsin ilk dəqiqəsindən başlayır. SİTUASİYALI TESTLƏR I HİSSƏ

15 Sual

Abunə Məzmunu

Bu testi açmaq üçün abunə olun və biliyinizi yoxlayın.

Davamiyyət işi dərsin ilk dəqiqəsindən başlayır. SİTUASİYALI TESTLƏR II HİSSƏ

15 Sual

Abunə Məzmunu

Bu testi açmaq üçün abunə olun və biliyinizi yoxlayın.

Davamiyyət işi dərsin ilk dəqiqəsindən başlayır. SİTUASİYALI TESTLƏR IV HİSSƏ

15 Sual

Abunə Məzmunu

Bu testi açmaq üçün abunə olun və biliyinizi yoxlayın.

Direktor.az saytı MƏKTƏBŞÜNASLIQ saytıdır. Bu saytda sizi təhsil və əmək qanunvericiliyi, idarəetmə və liderlik, ümumi təhsil sistemi və məktəbəqədər ilə bağlı həm hüquqi, həm praktik həm də metodiki məqalələr gözləyir. HAZIRLIQ (PREMİUM) mövzuları bölməsində (ödənişlidir) isə təqdim olunan ayrı-ayrı mövzuların audio və video formatda izahı, PDF-lər və testlər yerləşdirilmişdir ki, bu da sizin sərbəst hazırlıqlarınıza kömək edəcək.

info@direktor.az+99450 672 5911
Azərbaycan Respublikası, Bakı şəhəri

Kateqoriyalar

  • HAZIRLIQ (PREMİUM) mövzuları
  • Təhsil Qanunvericiliyi
  • Liderlik və İdarəetmə
  • Məktəbəqədər təhsil
  • Digər
  • Xəbərlər

Xüsusiyyətlər

  • Direktorların işə qəbulu
  • Müavinlərin işə qəbulu
  • UBTR və Kitabxanaçıların işə qəbulu
  • Audio və video izahlar
  • Testlər və PDF-lər
  • Birsinaq.az (daha çox test üçün)

© 2026 DİREKTOR.AZ Bütün hüquqlar qorunur.