
ADNSU 16 xarici universitetlə tərəfdaşlıq edəcək
Öləmizin ali təhsil müəssisələrinin qlobal reytinqlərdəki mövqeyini, beynəlxalq şəbəkələşmə imkanlarını və akademik sahədəki inkişaf addımlarını izləmək üçün direktor.az- a abunə olun. Elm və ali təhsil idarəçiliyi, universitetlərin qlobal inteqrasiyasına dair xəbərlər üçün bizi izləməyə davam edin.
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) beynəlxalq miqyasda akademik əlaqələrin gücləndirilməsi istiqamətində daha bir mühüm uğura imza atıb.
Direktor.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, ADNSU-nun təşkilatçılığı ilə 23–25 sentyabr tarixlərində baş tutan “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” çərçivəsində genişmiqyaslı tərəfdaşlıq müzakirələri aparılıb. Tədbir günlərində ADNSU dünyanın müxtəlif ölkələrini təmsil edən 16 ali təhsil müəssisəsi ilə gələcək birgə planlarını nəzərdən keçirib və yeni müqavilələrin əsasını qoyub.
Sözügedən müzakirələrdə iştirak edən universitetlər:
- Türkiyə - İstanbul Yeni Yüzyıl, Bandırma 17 Eylül, İstanbul Kültür və Bingöl universitetləri
- Qazaxıstan - Toraighyrov Universiteti
- Özbəkistan - Daşkənd Kimyo Beynəlxalq Universiteti
- Qırğızıstan - Cəlal-Abad Beynəlxalq Universiteti
- Malayziya - Universiti Kebangsaan
- Filippin - Sorsogon Dövlət Universiteti
- Pakistan - Northern Universiteti
- Efiopiya - Kabridahar və Haramaya universitetləri
- Hindistan - Institute of Certified Forensic Accountants Asia Pacific
- İraq - Əl-Kitab, Əl-Qaləm və Kərkük universitetləri
Təşkil olunan forum təkcə ADNSU-nun deyil, bütövlükdə ölkəmizin digər ali təhsil ocaqlarının da beynəlxalq inteqrasiyasına təkan verib. Yerli və əcnəbi universitetlər arasında birbaşa dialoq mühiti formalaşdıran bu platforma sayəsində 20-yə yaxın müəssisə arasında əməkdaşlıq sazişlərinin bağlanmasına zəmin yaradılıb.
Qlobal reytinq nəticələrinin elan olunması və mükafatlandırma ilə yanaşı, Bakıdakı görüşlər həm də universitetlərarası beynəlxalq şəbəkələşmənin və uzunmüddətli elmi-akademik tərəfdaşlıqların inkişaf etdirildiyi strateji bir mərkəz kimi yadda qalıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin