
Lənkəran-Astara RTİ-də Anım Gününə həsr edilən film nümayiş olunub
Regional təhsil orqanlarının fəaliyyətini, gənc nəslin vətənpərvərlik və dövlətçilik prinsipləri ruhunda formalaşdırılmasını izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, regionlarda təşkil edilən anım proqramlarında xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və müəllimləri Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər, abidə önünə qərənfillər düzüblər.
Direktor.az xəbər verir ki, idarədə keçirilən tədbir qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək bildirib ki, 27 Sentyabr xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü kimi yaşayır. Şəhidlərin xatirəsinin yaşadılması, övladlarımızın milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və Vətənə sədaqət ruhunda tərbiyə olunması təhsil işçilərinin qarşısında duran mühüm vəzifələrdəndir. İdarənin müdir müavini Rəhim Rəhimov çıxışında şəhidlərin həyat və mübarizə yolunun gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, şəhid və qazilərin keçdiyi şərəfli yol xalqımızın milli iradəsinin və Vətənə bağlılığının ən parlaq nümunələrindəndir. Tədbirin sonunda 27 Sentyabr - Anım Gününə həsr olunmuş sənədli film nümayiş izlənilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin