
ADPU-da “Dil Tədrisi Sammiti 2026” keçiriləcək
Dil müəllimlərini və təhsil idarəçilərini bir araya gətirən qabaqcıl qlobal təcrübələri, elmi müzakirələri və rəsmi xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki nüfuzlu sammitləri, peşəkar əməkdaşlıq təşəbbüslərini və mühüm elanları qaçırmamaq üçün bildirişləri aktiv edin.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsi və “Innovative Group of Professionals”ın (IGP) birgə təşkilatçılığı ilə “Dil Tədrisi Sammiti 2026” adlı genişmiqyaslı tədbir baş tutacaq.
Direktor.az xəbər verir ki, bu barədə ADPU-dan məlumat verilib.
“Aktual problemlər və inkişaf istiqamətləri” mövzusuna həsr olunan sammit 28 noyabr 2026-cı il tarixində saat 10:00-dan 14:30-dək ADPU-nun əsas binasında təşkil ediləcək.
Sammitin əsas məqsədi ölkə üzrə dil tədrisinin cari vəziyyətini təhlil etmək, sahədə mövcud olan çətinlikləri aşkarlamaq, qabaqcıl qlobal təcrübələri bölüşmək və gələcək inkişaf hədəfləri üçün əməli tövsiyələr hazırlamaqdır. Tədbir müxtəlif təhsil pillələrində çalışan mütəxəssisləri, ali məktəblərin akademik heyətini, tədqiqatçıları, məktəb rəhbərlərini və təhsil sahəsində qərarverici şəxsləri vahid platformada bir araya gətirəcək.
Tədbir geniş auditoriyanı əhatə edir:
Azərbaycan dili müəllimləri;
İngilis dili müəllimləri;
Rus, fransız, alman, türk və digər xarici dil müəllimləri;
Universitet professor-müəllim heyəti və akademik mütəxəssislər;
Magistrant və doktorantlar;
Elmi tədqiqatçılar və təhsil menecerləri;
Dövlət strukturlarının səlahiyyətli nümayəndələri.
Sammit dil tədrisinin keyfiyyətinin yüksəldilməsi və sahə mütəxəssisləri arasında peşəkar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin