
ADU-da akkreditasiya üzrə Fəaliyyət Planı müzakirə olunub
Ali təhsil müəssisələrimizdə elmi-tədqiqat mühitinin gücləndirilməsi, professor-müəllim heyətinin akademik fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki elmi seminarlar, akademik təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) institusional akkreditasiyanın nəticələrinə dair Yekun Hesabatda əksini tapan tövsiyə və göstərişlərin icrasını təmin etmək məqsədilə Fəaliyyət Planının müzakirəsi keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Keyfiyyətin təminatı və monitorinq şöbəsi tərəfindən hazırlanmış Fəaliyyət Planı həmin şöbənin müdiri Fatma Qurbanzadə, Strateji İnkişaf və Planlaşdırma şöbəsinin müdiri Röya Əliyeva və əməkdaşları tərəfindən ətraflı müzakirə olunub.
Müzakirə zamanı universitetin struktur bölmələrinin Fəaliyyət Planı ilə tanış olması, öz fəaliyyət istiqamətlərinə uyğun nəzərdə tutulan tədbirləri, icra müddətlərini və hədəf göstəricilərini diqqətdə saxlaması vurğulanıb. Qeyd olunub ki, sənəddə müəyyənləşdirilmiş tədbirlərin struktur bölmələrin gündəlik fəaliyyətinin planlaşdırılması və həyata keçirilməsi prosesində nəzərə alınması institusional akkreditasiya üzrə tövsiyələrin icrasının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır.
İclasda bildirilib ki, Fəaliyyət Planı ilə bağlı əlavə təklif və tövsiyələri olan əməkdaşlar öz rəylərini oktyabrın 21-dək Keyfiyyətin təminatı və monitorinq şöbəsinin elektron ünvanına təqdim edə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

