
ADU-da “Beynəlxalq təhsil və karyera” mövzusunda seminar keçirilib
Gənclərin karyera inkişafına dəstək verən layihələri, universitetlərin təcrübə proqramlarını və tələbələr üçün yaradılan beynəlxalq fürsətləri izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil siyasəti, peşəkar inkişaf təşəbbüslərindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Universitetində tələbələr üçün “Beynəlxalq təhsil və karyera quruculuğu” mövzusunda seminar keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbiri giriş sözü ilə Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev açıb. O çıxışında tələbələrin beynəlxalq təhsil imkanlarından yararlanmasının və gələcək karyeraları üçün düzgün istiqamət seçməsinin vacibliyini vurğulayıb.
Ardınca “Educolour” Beynəlxalq Təhsil və Karyera Mərkəzinin təsisçi-direktoru, “Beynəlxalq Təhsil & İnkişaf Platforması”nın qurucusu, beynəlxalq təhsil eksperti Aysel Məmmədova çıxış edib. O, seminar zamanı iştirakçılara beynəlxalq təhsil imkanları, xaricdə təhsil proqramları, karyera planlaması və gələcək peşəkar inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. Eyni zamanda, beynəlxalq təhsil imkanlarından səmərəli istifadə, karyera məqsədlərinin düzgün müəyyənləşdirilməsi və peşəkar inkişaf üçün atılmalı addımlar barədə tövsiyələrini bölüşüb.
Layihə çərçivəsində əməkdaşlıq edilən universitetlər üzrə “Ofis meneceri” təcrübə proqramlarının həyata keçirilməsi və ümumilikdə 100 tələbənin proqramlarda ödənişsiz iştirakı nəzərdə tutulur. Proqramların əsas məqsədi tələbələrin karyera istiqamətlərini müəyyənləşdirməsinə, peşəkar bacarıqlarını inkişaf etdirməsinə və praktiki təcrübə əldə etməsinə dəstək olmaqdır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin