
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası vakansiya elan edir
Pedaqoji mühitdəki karyera imkanlarını, gənc müəllimlərin peşəkar inkişaf layihələrini və təhsildə idarəetmə ilə bağlı vakansiyaları izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi siyasəti, müəllim cəmiyyəti və ölkəmizin maarif sistemində baş verən yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) komandasına Proqram Koordinatoru vakansiyası elan edir.
Direktor.az xəbər edir ki, bu barədə AGMA-dan bildirilib.
Əsas öhdəliklər:
* Proqram və layihələrin planlaşdırılması və koordinasiyası
* Təlim, seminar və digər tədbirlərin təşkili
* İştirakçılar və tərəfdaşlarla kommunikasiya
* Proqramların icrasının monitorinqi və hesabatların hazırlanması
Namizədə tələblər:
* Pedaqoji yönümlü, tehsil idarəetməsi üzrə ali təhsil
* Güclü təşkilatçılıq və kommunikasiya bacarığı
* Analitik düşüncə və problem həll etmə bacarığı
* Pedaqoji təcrübə
* Komandada işləmək bacarığı
* MS Office proqramlarından istifadə bacarığı
* Layihə və ya proqram idarəçiliyi üzrə təcrübə üstünlükdür
* İngilis dili biliyi üstünlükdür
Namizədlər 30 oktyabr 2026-cı il tarixinə qədər CV və qısa motivasiya məktubunuzu agmacv@gmail.com vasitəsilə göndərə bilərlər.
Mövzu hissəsində “Proqram Koordinatoru” qeyd etmək xahiş olunur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin