
5-ci sinif şagirdi sayt yaradıb
Şagirdlərin rəqəmsal bacarıqlarını, uğurlarını və məktəb həyatındakı təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, istedadlı gənclərin inkişafı və ölkəmizin maarif sistemində baş verən xəbərlər üçün bizi izləyin.
İsmayıllı rayon İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin V sinif şagirdi İhsan Bağırlı süni intellektlə sayt hazırlayıb.
Direktor.az xəbər verir ki, bu barədə şagird “Azərbaycan müəllimi”nə danışıb. O bildirilib ki, saytın ideyası özünə məxsusdur və bu iştirak etdiyi yay düşərgələrinin fəaliyyətlərini və məqsədini insanlara çatdırmaq fikrindən qaynaqlanıb:
“https://www.bismart.az/anasehife adlandırdığım sayt üzərində 3 ay işlədim. 8000 sətirdən ibarət kodlaşdırmadan ərsəyə gətirdiyim saytın domen adı İsmayıllı rayonu ilə bağlıdır. Belə ki, “ağıllı” sözü, yəni “smart” və “İsmayıllı”nın “isma” hissəsini əhatə edir”.
İhsan leqo mühəndisliyi və data analitikaya da böyük maraq göstərir:
“Leqo hissələrindən ibarət müxtəlif videoməzmunlar çəkib öz “YouTube” kanalımda yerləşdirirəm, 20000-dən çox baxış əldə edirəm”.
İhsan deyir mütaliəni də çox sevir. Ən çox müasir informasiya texnologiyaları sahəsini araşdırır. Analitika onun üçün çox maraqlıdır, davamlı suallar verir, texnologiyaları araşdırır:
“10-a qədər “game art” və “thinlercad” proqramları ilə müxtəlif oyunlar hazırlamışam, “Scratch” proqramını təkmilləşdirmişəm”.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin