
İdman Akademiyasının əməkdaşı Qazaxıstanda sertifikatla təltif olunub
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini və akademik sahədəki rəqəmsal innovasiyaları izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, universitetlərin qlobal əməkdaşlığı və həyata keçirilən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
2–3 oktyabr tarixlərində Qazaxıstanın Astana İT Universitetində “Süni intellekt və rəqəmsal texnologiyalar dövründə keyfiyyətin artırılması: təhsilin yeni üfüqləri” mövzusunda Beynəlxalq Forumu keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə İdman Akademiyasından bildirilib. Tədbir Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin 15-ci ildönümünə həsr olunub.
Forumda Azərbaycan İdman Akademiyasını (ASA) tələbələrlə iş üzrə prorektorun müşaviri Lalə Əhmədova, Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamentinin direktoru Aysel Quliyeva və Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova təmsil ediblər.
İştirakçılar müzakirələr və təcrübə mübadiləsi zamanı təhsildə keyfiyyət təminatı mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl yanaşmaların ali təhsil müəssisələrində tətbiqi istiqamətində fikir mübadiləsi aparıblar.
Sonda səmərəli əməkdaşlığa görə ASA-nın tələbələrlə iş üzrə prorektorunun müşaviri Lalə Əhmədova sertifikatla təltif olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin