
Tərbiyəçi-müəllim vəzifəsi üzrə işə qəbul başlayıb
Vakant tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsahibə mərhələsi və qeydiyyat qaydaları barədə məlumatları saytımızdan əldə edin. Məktəbəqədər təhsildə kadr təyinatlarını, müəllimlərin işə qəbul proseslərini və regional idarələrin elanlarını izləmək üçün direktor.az-a abunə olun.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.
Direktor.az xəbər verir ki, müsahibədə
2025-ci ildə keçirilmiş müsabiqənin test mərhələsində iştirak etmiş və 40 və daha yuxarı bal toplamış namizədlər iştirak edə bilərlər. Qeydiyyat 7 – 14 oktyabr tarixlərində aparılacaq. Namizədlər müsahibə mərhələsində iştirak etmək üçün müəyyən edilmiş müddət ərzində aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçməlidirlər:
🔗 Qeydiyyat üçün:
https://forms.cloud.microsoft/r/CXRGRXLEpn
Müsahibə mərhələsində iştirak etmək istəyən namizədlərin qeydiyyat müddətini nəzərə almaları və məlumatları düzgün daxil etmələri xahiş olunur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin