
ADU-da macar ifaçının təqdimatında konsert keçirilib
Ali məktəblərimizin həyata keçirdiyi mədəni-maarif layihələri, tələbələrin qlobal dünyagörüşünün formalaşdırılması, eləcə də təhsil sistemimizdəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı beynəlxalq tədbirlər, mədəni təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 21-də Azərbaycan Dillər Universitetində macar ifaçı Dalma Felszeginin təqdimatında konsert keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Konsertdə ADU rəhbərliyi, Macarıstanın ölkəmizdəki səfirliyi, müəllim və tələbələr iştirak ediblər. ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, tədbirin əhəmiyyəti haqqında danışıb. Qeyd olunub ki, Azərbaycan və Macarıstan arasında uzun illərdi səmimi dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.
Bu münasibətlərin inkişafında mədəniyyət və incəsənət sahəsində keçirilən tədbirlərin mühüm rol oynadığını vurğulayan rektor belə görüşlərin xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini bildirib. Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman çıxışında Azərbaycan və Macarıstan arasında mövcud olan dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıb. O, iki ölkə arasında mədəniyyət, təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişafının xalqların bir-birini daha yaxından tanımasına və qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib. Səfir bu cür mədəni tədbirlərin təşkilinin ölkələr arasında dostluq və qarşılıqlı anlaşma mühitinin gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Tədbir çərçivəsində macar ifaçı Dalma Felszeginin təqdimatında Frans List və Bela Bartokun fortepiano əsərləri səsləndirlib.
Konsert iştirakçılara dünya klassik musiqisinin görkəmli nümayəndələrinin yaradıcılığı ilə yaxından tanış olmaq, eyni zamanda Macarıstanın musiqi irsini daha dərindən kəşf etmək imkanı yaradıb. Tədbir Azərbaycan və Macarıstan arasında mədəni əlaqələrin inkişafına, universitet mühitində beynəlxalq mədəni əməkdaşlığın təşviqinə töhfə verib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin