
BDU tələbələri narkomaniyanın mənfi təsirləri barədə maarifləndirilib
Ali təhsil müəssisələrində sosial-psixoloji layihələr, maarifləndirici tədbirlər və universitet həyatındakı mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrində həyata keçirilən təşəbbüslər, tələbə rifahından xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Psixoloji yardım sektorunun birgə təşkilatçılığı ilə “Asılılıqla mübarizə: narkomaniyadan qorunma yolları” mövzusunda silsilə görüşlərə start verilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. İlk görüşdə BDU-nun Psixoloji yardım sektorunun psixoloqu İlkanə Mənsumova narkomaniyanın insanın psixoloji və fiziki sağlamlığına təsirləri, asılılığın yaranmasına səbəb olan amillər və qarşısının alınmasında maarifləndirmənin rolu barədə məlumat verib. Narkomaniyanın fəsadları haqqında məlumatlılığın artırılmasının və risklərin erkən mərhələdə müəyyənləşdirilməsinin əhəmiyyətindən danışıb.
Sektorun psixoloqu Natəvan Həsənzadə çıxışında asılılıqdan qorunma yolları, psixoloji dayanıqlılığın gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi məsələlərinə toxunub. O, zərərli vərdişlərdən uzaq durmaq, düzgün qərarlar qəbul etmək və psixoloji rifahı qorumaq baxımından sağlam həyat tərzinin formalaşdırılmasının vacibliyini qeyd edib. Sektorun digər psixoloqu Vasif Bəşirov isə müxtəlif asılılıq növləri, onların fərdin psixoloji vəziyyətinə və sosial münasibətlərinə təsiri barədə söz açıb, risklərin vaxtında müəyyən edilməsi və zəruri psixoloji dəstəyin göstərilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin