
ADU və Honam Universiteti əməkdaşlıq müqaviləsi imzalanıb
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, universitetlərin qlobal əməkdaşlığı və həyata keçirilən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dillər Universiteti (ADU) ilə Cənubi Koreyanın Honam Universiteti arasında əməkdaşlıq haqqında memorandum (MOU) imzalanıb.
Direktor.az xəbər verir ki, bu barədə ADU-dan bildirilib. Sənəd universitetlər arasında akademik əlaqələrin inkişafını, müəllim və tələbə mübadiləsini, eləcə də elmi və mədəni sahələrdə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Memorandumun imzalanmasından sonra Honam Universitetinin rektoru Sanqçeol Park və nümayəndə heyəti ADU-nun ikinci tədris binasını ziyarət edib. Qonaqlar Tərcümə fakültəsinin fəaliyyəti və binada yaradılmış tədris şəraiti ilə tanış olublar. Daha sonra nümayəndə heyəti Koreya Araşdırmalar Mərkəzində olub. Qonaqlara Mərkəzin fəaliyyəti, Koreya dilinin tədrisi və digər istiqamətlər barədə məlumat verilib. Səfər çərçivəsində nümayəndə heyəti Koreya dili üzrə təhsil alan tələbələrlə görüşüb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

