
LDU-da türkiyəli cərrahın ustad dərsi keçirilib
Ali təhsil müəssisələrində keçirilən beynəlxalq ustad dərsləri, xarici mütəxəssislərlə təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq elmi-praktiki əməkdaşlıqlarını və təhsil sistemindəki yeniliklər üçün bizi izləyin.
Türkiyənin Qars Qafqaz Universitetinin cərrah müəllimi Dr. Alican Yılmaz Lənkəran Dövlət Universitetinin (LDU) Baytarlıq fakültəsinin tələbələri üçün ustad dərsini keçib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Mütəxəssis LDU-ya biraylıq müddətə ezam olunub.
"İtlərdə çarpaz bağ yırtıqları və TPLO ilə müalicəsi" mövzusuna həsr olunan seminar böyük maraqla qarşılanıb. Tədbirdə Dr. Alican Yılmaz itlərdə geniş yayılmış diz oynağının kranial çarpaz bağ yırtıqları, diaqnostika üsulları və müasir baytarlıq cərrahiyyəsində "qızıl standart" hesab olunan TPLO (Tibial Plateau Leveling Osteotomy) əməliyyatının texniki incəlikləri barədə ətraflı məlumat verib.
Məruzəçi nəzəri biliklərlə yanaşı, real klinik hallardan nümunələr təqdim edib və tələbələrin suallarını cavablandırıb.
Seminarda Baytarlıq fakültəsinin müəllim və tələbə heyəti iştirak edib. Professor-müəllim heyəti bu cür dərslərin gələcək baytar həkimlərin peşəkar bacarıqlarının formalaşmasındakı rolunu yüksək qiymətləndirib. Sonda Türkiyə universitetləri ilə birgə elmi-praktiki layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
