
Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Elm və təhsil sahəsində əməkdaşlıqlar və rəsmi görüşlərlə bağlı xəbərləri öyrənmək üçün direktor.az-a abunə olun. Beynəlxalq tərəfdaşlıqlar, təhsil layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli Pakistan İslam Respublikasının Baş nazirinin Gənclər Proqramının Baş direktoru Dr. Syed Shahbaz Hussain ilə görüşüb.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib. Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində mövcud əlaqələr, eləcə də gənclərin təhsili istiqamətində gələcəkdə icrası nəzərdə tutulan birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

