
Kimya dərsliklərinin müəllifləri və müəllimlər arasında görüş keçirilib
Dərsliklərinin müəllifləri, alimlər və müəllimlər arasında keçirilən görüş və dərslik yenilikləri barədə xəbərləri öyrənmək üçün direktor.az-a abunə olun. Tədris prosesindəki aktual müzakirələr, pedaqoji təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına (AGMA) tabe olan Gənc Kimya Müəllimləri Birliyinin təşkilatçılığı ilə kimya dərsliklərinin müəllifləri, tanınmış alimlər və kimya müəllimlərinin iştirakı ilə səmimi görüş baş tutub.
Direktor.az xəbər verir ki, bu barədə AGMA-dan bildirilib. Görüşün əsas məqsədi müəllimlərlə dərslik müəllifləri arasında birbaşa ünsiyyət yaratmaq, aktual məsələləri müzakirə etmək və qarşılıqlı fikir mübadiləsi aparmaq olub.
Tədbirdə dərslik müəllifləri qismində Sumqayıt Dövlət Universitetinin dosentləri Elşad Abdullayev və Elmar İmanov, Bakı Dövlət Universitetinin dosenti Fətəli Hüseynov, Azərbaycan Texnologiya Universitetinin prorektoru, dosent Sahil Həmidov, xüsusi qonaq qismində isə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin dekanı, kimya elmləri doktoru Fuad Kərimli iştirak edib. Görüş zamanı kimya fənn kurikulumu, yenilənmiş dərsliklərin məzmunu və strukturu, 10 və 11-ci sinif dərsliklərinin gələcək yenilənməsi, eləcə də tədris prosesindəki aktual məsələlər ətrafında müzakirələr aparılıb. Müəllimlər suallarını birbaşa dərslik müəlliflərinə ünvanlayıb, fikir və təkliflərini bölüşüblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
