
Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır
Məktəb idarəçiliyi sahəsində keçirilən işə qəbul müsabiqələrinin nəticələri, kadr təyinatlarını izləmək üçün direktor.az-a abunə olun. Ümumtəhsil müəssisələrində idarəetmə kadrlarının formalaşdırılması, vakansiyalardan xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində mövcud vakant yerlərə tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir.
Direktor.az xəbər verir ki, bu barədə BŞTİ-dən bildirilib. 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanında uğur qazanaraq 40 bal və daha yüksək nəticə göstərmiş namizədlər vakant yerlər üzrə 25 noyabr - 1 dekabr 2026-cı il tarixlərində BŞTİ-yə müraciət edə bilərlər. Müraciət zamanı şəxsiyyəti təsdiq edən sənədin və təhsil haqqında sənədin surəti təqdim edilməlidir.
Namizədlər BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrindəki mövcud vakansiyalarla aşağıdakı linkə keçid edərək tanış ola bilərlər:
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

