
Azərbaycanlı tələbələr Türkiyədə təqaüdlə təhsil alacaqlar
Ali təhsil müəssisələrimizin beynəlxalq əməkdaşlığı, ikili diplom proqramlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq nailiyyətləri, rəsmi tərəfdaşlıqlar və təhsil sahəsindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində 3 Azərbaycan vətəndaşı Türkiyə Respublikasında təhsil almaq hüququ qazanıb.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Proqram Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi (YTB) arasında imzalanmış Niyyət Məktubu çərçivəsində həyata keçirilir.
Yekun seçim nəticələrinə əsasən, təqaüd proqramına qəbul olunan şəxslər Ankara və Sakarya universitetlərində beynəlxalq münasibətlər, idarəetmə elmləri, mühasibat uçotu və maliyyə ixtisasları üzrə doktorantura səviyyəsində təhsil alacaqlar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
