
ADU-da xüsusi təhsil ehtiyacları olan tələbələr üçün imtahan imkanları müzakirə olunub
İnklüziv və xüsusi təhsil sahəsindəki ən son metodologiyaları, pedaqoji təcrübə mübadilələrini izləmək üçün direktor.az-a abunə olun. Müəllimlərimizin peşəkar inkişafına yönəlmiş təlimlər, innovativ tədris layihələrindən məlumatlı olmaq üçün bizi izləyin.
Azərbaycan Dillər Universitetinin (ADU) İnklüziv Təhsil Mərkəzinin müdiri, p.e.d. Nigar Zeynalovanın rəhbərliyi ilə xüsusi təhsil ehtiyacları olan tələbələrin müraciəti əsasında Mərkəzdə görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə univetsitetdən bildirilib. Görüşdə ADU-nun İngilis və alman dilləri fakültəsinin dekan müavini Lalə Həsənova, ECL İmtahan Mərkəzinin koordinatoru, Təhsildə xarici dillər kafedrasının dosenti, filologiya elmləri doktoru Aida Sabor və həmin kafedranın baş müəllimi Səyyarə Qəhrəmanova iştirak ediblər.
Görüş zamanı xüsusi təhsil ehtiyacları olan tələbələrin beynəlxalq imtahanlarda iştirakının əlçatanlığının təmin edilməsi, imtahan prosesi zamanı fərdi ehtiyaclarının nəzərə alınması və zəruri dəstək mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub. Eyni zamanda, imtahan şəraitinin tələbələrin fərdi xüsusiyyətlərinə uyğunlaşdırılması və onların bərabər imkanlar əsasında qiymətləndirmə prosesində iştirakının təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində xüsusi təhsil ehtiyacları olan tələbələrin beynəlxalq imtahanlarda iştirak imkanlarının genişləndirilməsi və inklüziv yanaşmanın tətbiqi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

