
ADNSU ilə Litva Universiteti arasında əməkdaşlıq müzakirə olunub
Ali təhsil müəssisələrində beynəlxalq elmi əməkdaşlıqlar və mühüm tədbirlər barədə xəbərlər üçün direktor.az-a abunə olun. Akademik müzakirələri, təhsil sahəsindəki bütün vacib yenilikləri qaçırmamaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Litvanın Vilnüs Gediminas Texniki Universitetinin (VILNIUS TECH) rektoru Romualdas Kliukas və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə ADNSU-dan bildirilib. Görüşdə VILNIUS TECH-in Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Dovile Jodenyte, Elektronika fakültəsinin dekanı Martynas Sapurov, Azərbaycan Respublikası Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov və Kosmik Elmi layihələr üzrə menecer Səbinə Ədilova Əliyeva iştirak ediblər.
ADNSU-nu görüşdə universitetin rektoru, dosent Rüfət Əzizov, beynəlxalq əlaqələr üzrə prorektor Nigar Adilova, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Həbibə Nəzirova, SABAH qruplarının rəhbəri Arzu İbrahimova və Sənaye mühəndisliyi fakültəsinin dekan müavini Mirkamran Səlimli təmsil ediblər.
Tərəflər universitetlərin fəaliyyət istiqamətləri və mövcud akademik potensialı barədə fikir mübadiləsi aparıb, əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Xüsusilə tələbə və doktorant mübadiləsi, professor-müəllim heyətinin qarşılıqlı səfərlərinin təşkili, eləcə də müvafiq elmi istiqamətlər üzrə birgə tədqiqat layihələrinin həyata keçirilməsi imkanları diqqət mərkəzində olub. Rəsmi görüşdən sonra qonaqlar ADNSU-nun tələbələri ilə görüşüb, həmçinin universitetin laboratoriya infrastrukturu ilə yaxından tanış olublar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

