
Pedaqoji kollecdə tədris emalatxanası istifadəyə verilib
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin qlobal əməkdaşlığı və strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) “Tikiş məmulatlarının və trikotaj istehsalı texnologiyası” ixtisası üzrə təhsil alan tələbələr üçün müasir avadanlıqlarla təchiz edilmiş yeni tədris emalatxanası istifadəyə verilib.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Ümumilikdə 11 müasir tikiş maşını ilə təchiz olunan emalatxana tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi, nəzəri biliklərinin təcrübədə tətbiqi və istehsalat vərdişlərinə yiyələnməsi məqsədilə yaradılıb.
Yeni tədris emalatxanası kolleclə “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında 2026-cı il sentyabrın 25-də imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində təşkil edilib. Əməkdaşlıq təhsillə istehsalat arasında əlaqələrin gücləndirilməsinə, tələbələrin peşə hazırlığının əmək bazarının müasir tələblərinə uyğunlaşdırılmasına və praktiki tədris imkanlarının genişləndirilməsinə xidmət edir.
Tədris emalatxanasının açılışında “Bakı Tikiş Evi” ASC-nin icraçı direktoru Paşa Budaqov, müəssisənin nümayəndələri və kollecin rəhbərliyi iştirak ediblər.
Tədbir zamanı yeni tədris emalatxanasının tələbələrin peşə hazırlığında rolu, müasir avadanlıqlardan praktiki məşğələlərdə istifadə imkanları və tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

