
OYU müəlliminin həmmüəllifi olduğu yeni elmi kitab nəşr olunub
Ali təhsil müəssisələrimizdəki elmi-publisistik nəşrləri, akademik təqdimatlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki ən son tədbirlər və rəsmi təhsil xəbərlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetinin müəllimi Aytac Məmmədovanın Türkiyəli akademik Prof. Dr. Harun Öztaş ilə birgə müəllifi olduğu “Bulanıq davranışsal maliyyə və şüursuz investor: Psixodinamik yanaşma və bulanıq modellər” adlı elmi kitab nəşr olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Gece Kitaplığı nəşriyyatı tərəfindən çap edilən əsər maliyyə, davranışsal iqtisadiyyat, psixologiya və riyazi modelləşdirmə sahələrini bir araya gətirən multidissiplinar tədqiqat işidir.
Kitabda maliyyə bazarlarında investor davranışlarının yalnız iqtisadi göstəricilər və rasional qərarlar əsasında izah edilməsinin kifayət etmədiyi diqqətə çatdırılır. İnvestisiya qərarlarının formalaşmasında şüuraltı proseslərin, emosional amillərin, koqnitiv meyillərin və qeyri-müəyyənlik şəraitinin rolu elmi baxımdan araşdırılır. Əsərin əsas xüsusiyyətlərindən biri psixodinamik yanaşma, davranışsal maliyyə və bulanıq məntiq nəzəriyyəsinin vahid tədqiqat çərçivəsində birləşdirilməsidir. Bu yanaşma investorların qərarvermə prosesindəki psixoloji amilləri və maliyyə seçimlərinə təsir edən qeyri-müəyyənlikləri daha əhatəli şəkildə təhlil etməyə imkan verir.
Kitabda təqdim olunan elmi yanaşma maliyyə qərarlarının arxasında dayanan psixoloji mexanizmlərin və insan davranışlarının riyazi modelləşdirmə vasitəsilə öyrənilməsinə də diqqət yönəldir. Nəşr maliyyə, psixologiya, davranışsal iqtisadiyyat, riyazi modelləşdirmə və qərarvermə nəzəriyyəsi sahələrində çalışan alim və tədqiqatçılar, eləcə də bu istiqamətlərə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

