
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlanır
Məktəb idarəçiliyi sahəsində keçirilən işə qəbul müsabiqələrinin nəticələri, kadr təyinatlarını izləmək üçün direktor.az-a abunə olun. Ümumtəhsil müəssisələrində idarəetmə kadrlarının formalaşdırılması, vakansiyalardan xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 27-si saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılır.Namizədlər dekabrın 4-ü saat 17:00-dək https://miq.edu.az/ direktor linkinə daxil olaraq elektron qeydiyyatdan keçə bilərlər.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsinə isə namizədlər qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər. Bu mərhələdə namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər. Qeyd edək ki, müsabiqənin nəticələri barədə məlumat namizədlərə “Şəxsi səhifə” üzərindən təqdim ediləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

