
AzMİU ilə “Huawei” arasında əməkdaşlıq
Ali təhsil müəssisələrinin beynəlxalq şirkətlər ilə layihələrini, texnologiyaların tədris prosesinə inteqrasiyasını izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, rəqəmsal inkişaf təşəbbüslərindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Memarlıq və İnşaat Universiteti və Çinin informasiya-kommunikasiya texnologiyaları nəhəngi “Huawei” nümayəndələri arasında görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə AzMİU rektorunun rəqəmsal məsələlər və süni intellekt üzrə müşaviri Sərxan Talıbzadə, Rəqəmsal İnkişaf Mərkəzinin direktoru Sənan Süleymanov, Peşəkar İnkişaf Mərkəzinin direktoru Nuranə Talıbzadə, “Huawei”in İstedadların inkişafı üzrə tərəfdaşlıq departamentinin baş meneceri Luo Çin-lonq (Çarlz), İKT akademiyası üzrə istedadların inkişafı meneceri Tamara Tavsultanova, marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Aida Qurbanova iştirak ediblər.
Tərəflər arasında rəqəmsal texnologiyalar, innovativ həllər, təhsil imkanları, birgə layihələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də tələbə və əməkdaşlar üçün yeni imkanların yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, AzMİU ilə “Huawei” arasında əməkdaşlığın inkişaf etdirilməsi universitetin beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə, qabaqcıl texnologiyaların, müasir təcrübələrin təhsil prosesinə inteqrasiyasına mühüm töhfə verəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin