
Tibb Universitetinin tələbəsi Cənubi Koreyada Azərbaycanı təmsil edib
Ali təhsil müəssisələrində gənc alimlərin qlobal akademik inteqrasiyasını, tələbələrin xarici laboratoriyalarda apardığı elmi tədqiqatları izləmək üçün direktor.az-a abunə olun. Ali məktəb idarəçiliyi, beynəlxalq əməkdaşlıqlardan xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin tələbəsi Əsmər Astanlı Cənubi Koreyanın KAIST Universitetində təşkil olunan KAI-X Yay Tədqiqat Təcrübə Proqramı mövsümünü uğurla başa vurub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Dünyanın müxtəlif ölkələrindən seçilmiş 21 tələbənin qatıldığı proqramda Azərbaycanı təmsil edən yeganə tələbə ATU tələbəsi olub.
Təcrübə müddətində tələbəmiz KAIST-in Tibb Elmləri və Mühəndisliyi Ali Məktəbində (GSMSE) laboratoriya rəhbəri olan professor və tədris assistenti (TA) ilə sıx işləyərək müasir tibb və biotexnologiya sahəsində aparılan elmi tədqiqatlarda yaxından iştirak edib. Təcrübənin sonunda laboratoriya rəhbəri ilə keçirilən yekun görüş zamanı tələbəmizin fəaliyyəti yüksək qiymətləndirilib.
Proqramın rəsmi bağlanış mərasimində Ə. Astanlıya "KAI-X Research Internship" sertifikatı təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin