
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Qarabağ Universitetində təlimlər keçirib
Beynəlxalq tyutorluq və keyfiyyət yönümlü tədris təlimləri ilə bağlı ən son yeniliklərdən xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrində tətbiq edilən yeni təlim metodları, sertifikat proqramlarını qaçırmamaq üçün bizi izləyin.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Qarabağ Universitetinin akademik və inzibati heyəti üçün təlimlər təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə agentlikdən bildirilib. Ümumilikdə iki gün davam edən təlimlər “Keyfiyyət yönümlü tədris: yeni təlim metodlarının tətbiqi təcrübələri" və “Beynəlxalq təcrübədə tyutorluq” mövzularını əhatə edib. Təlimlər TKTA-nın Keyfiyyət təminatı departamentinin əməkdaşları Firuzə Məmmədzadə və Aygün Verdiyeva tərəfindən keçirilib.
Təlimlərin əsas məqsədi beynəlxalq tyutorluq modelləri, tyutorların funksiya və səriştə çərçivələri, eləcə də ali təhsil müəssisəsində tədris prosesinin keyfiyyətinin yüksəldilməsi və təkmilləşdirilməsinə dəstək göstərmək olub.
Yekunda təlim proqramını müvəffəqiyyətlə tamamlayan 39 iştirakçı TKTA tərəfindən müvafiq sertifikatlar ilə təltif olunub. Təltifetmə mərasimində TKTA-nın əməkdaşları, eləcə də Qarabağ Universitetinin inzibati və akademik heyətinin nümayəndələri iştirak ediblər.
Sözügedən mərasimin sonunda, çıxış edənlər iştirakçıları təlim proqramlarını uğurla başa vurmaları münasibətilə təbrik edib, əldə etdikləri bilik və bacarıqları peşəkar fəaliyyətlərində tətbiq etməkdə onlara uğurlar arzulayıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
