
Xarici dil fənni üzrə fəlsəfə doktoru imtahanı verənlərin nəzərinə!
Fəlsəfə doktoru imtahanları, qeydiyyat qaydaları, ödəniş və şərtlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki qərarlar, elmi tədqiqat imkanları və rəsmi xəbərlərdən məlumatlı olmaq üçün bizi izləyin.
2026-cı il noyabrın 22-də Dövlət İmtahan Mərkəzi tərəfindən doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanı (o cümlədən əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı) keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Danışıq bloku üzrə imtahan isə 26 noyabrda keçiriləcək.
Qeyd edək ki, imtahanlar elektron formada kompüterlər vasitəsilə keçiriləcək. İddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni bu linkdən- https://exidmet.dim.gov.az/elimt/Home/Login çap edə bilərlər.
İddiaçı imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iddiaçı imtahana buraxılmayacaq.
İştirakçılar ümumi məlumat və imtahan qaydaları ilə “Yaddaş kitabçası”nda - https://dim.gov.az/CkImage/Yaddas_doktorantura_elektron_15022026_1770639372.pdf daha ətraflı tanış ola bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

