
AzMİU müəllimləri britaniyalı mentorun rəhbərliyi ilə keçirilən təlimdə iştirak ediblər
Elm və təhsil sahəsində əməkdaşlıqlar və rəsmi görüşlərlə bağlı xəbərləri öyrənmək üçün direktor.az-a abunə olun. Beynəlxalq tərəfdaşlıqlar, təhsil layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının əməkdaşları Bakı Biznes Universiteti və “British Council”in əməkdaşlığı çərçivəsində təşkil olunan təlimdə iştirak ediblər.
Direktor.az xəbər verir ki, bu barədə AzMİU-dan bildirilib. İngilis dilinin tədrisi metodikası sahəsində tanınmış britaniyalı yazıçı, müəllim və mentor Ceremi Harmerin rəhbərliyi ilə keçirilən təlim “Müasir dünyada tədris: Dərs planlaşdırılmasına yeni baxış” mövzusuna həsr olunub.
Təlim zamanı dərs planlaşdırılmasına müasir yanaşmalar, tədris prosesində tətbiq oluna biləcək praktiki ideya və tapşırıqlar, eləcə də tələbəyönümlü tədris metodları müzakirə edilib. İştirakçılar müasir tədris yanaşmaları ilə bağlı bilik və təcrübələrini genişləndirmək imkanı əldə ediblər.
Təlimdə AzMİU Əcnəbi dillər kafedrasını filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Layə Mustafayeva, filologiya elmləri üzrə fəlsəfə doktoru, baş müəllim Leyla Cumayeva, müəllim-doktorantlar Ülkər Cavadova və Günay Əsədova, müəllimlər Fatimə Səmədzadə və Aynur Bədəlbəyli, həmçinin laborant Nərgiz Səmədzadə təmsil ediblər. Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
