
Mərkəzi Aran məktəblərində tərbiyəçi-müəllim vəzifəsinə vakansiya elan olunur
Təhsil sahəsindəki işə qəbul proseslərini, vakansiya elanlarını izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji kadrların yerləşdirilməsi, rəsmi qeydiyyat tarixlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə qeydiyyat 24 noyabr 2026-cı il saat 12:00-da başlayacaq və 27 noyabr 2026-cı il saat 18:00-da başa çatacaq.
Direktor.az xəbər verir ki, bu barədə Mərkəzi Aran RTİ-dən bildirilib.
2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində iştirak etmiş və seçdiyi vakant yerin yerləşdiyi ərazi üzrə aşağıdakı minimum balı toplamış namizədlər qeydiyyatdan keçə bilərlər.
▪️ Mingəçevir şəhəri və Yevlax rayonu üzrə — 40 və daha yüksək bal
▪️ Ağdaş, Kürdəmir, Ucar, Zərdab və Göyçay rayonları üzrə — 35 və daha yüksək bal
🔗 Qeydiyyat forması — https://docs.google.com/forms/d/e/1FAIpQLScvgxVGlB2ta0BEl_JsvH1nH4PZryXZfnKX2FNgqW-v7tQhaw/viewform?usp=header
- Vakant yerlərin siyahısı — https://docs.google.com/spreadsheets/d/14dBJdCQne36Qe1WDTFzC3VlVQvd3ISJXhfa9N8pVtAc/edit?usp=sharing
Qeydiyyat başa çatdıqdan sonra müvafiq keçid balını toplamış və müsabiqənin tələblərinə cavab verən namizədlərə müsahibənin keçiriləcəyi tarix və yer barədə məlumat veriləcək. Müsahibəyə dəvət olunan namizədlər şəxsiyyət vəsiqəsini və ali və ya orta ixtisas təhsili haqqında diplomunu təqdim etməlidirlər.
Eyni vakant yeri seçmiş və müsahibədə uğur qazanmış namizədlər arasından test mərhələsində ən yüksək bal toplamış namizəd həmin vəzifəyə təyin olunmaq hüququ qazanacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

