
Bağça müəllimlərinin sertifikatlaşdırma imtahanının tarixi dəyişdirilib
Məktəbəqədər və ümumi təhsil sahəsində həyata keçirilən rəsmi prosesləri, imtahan yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji kadrların inkişafı, qiymətləndirmə çərçivələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 2026-cı il 19–20 dekabr tarixlərində keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Test imtahanının qeyd olunan tarixlərdə keçirilməsi imtahan prosesinin səmərəli təşkili üçün zəruri təşkilati və texniki hazırlıq işlərinin vaxtında və tam şəkildə həyata keçirilməsinə xidmət edir.
İmtahanın keçirilmə tarixi və digər müvafiq məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndəriləcək.
Bununla yanaşı, iştirakçıların imtahana hazırlığının dəstəklənməsi məqsədilə növbəti günlərdə müvafiq mövzularda əlavə vebinar və görüşlərin keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının qiymətləndirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təşkil olunur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

